“Rabita Mobile” ilə ödəniş bonuslar qazandırır!

“Rabita Mobile” ilə ödəniş bonuslar qazandırır!
# 11 avqust 2022 11:48 (UTC +04:00)

“Rabitəbank” ASC-nin məhsulu olan “Rabita Mobile” tətbiqetməsindən istifadənin üstünlükləri gündən-günə artır. Belə ki, müştərilər hal-hazırda “Rabita Mobile” üzərindən olunan ödənişlərdən bonuslar qazanmaq imkanı əldə edirlər.

İlk bonus kampaniyası ən sürətli pulköçürmə əməliyyatlarından biri olan “Zolotaya Korona”dır ki, son dövrlərdə vətəndaşların çox istifadə etdiyi əməliyyatlardan biridir. "Zolotaya Korona” ilə Rabita Mobile üzərindən ilk dəfə olaraq minimum 500 AZN pulköçürmə əməliyyatları edən müştərilərin Kartmane kartına birdəfəlik 5 AZN məbləğində bonus yüklənəcək.

Digər kampaniya isə "Kredit ödənişləri" ilə bağlıdır:

30 sentyabr tarixinədək Rabita Mobile ilə ilk dəfə kredit ödənişi edəcək fiziki şəxslər hər ay 3 AZN olmaq ümumi 6 AZN bonus qazanmaq imkanına sahib olacaqlar.

Kampaniyanın detalları: https://rbt.az/Pay

Rabita Mobile tətbiqetməsini endirmək üçün: https://rbt.az/RBM

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR