“Rabitəbank” və ASK birgə layihə edib

“Rabitəbank” və ASK birgə layihə edib
# 27 may 2022 10:20 (UTC +04:00)

“Rabitəbank” ASC və Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) arasında birgə layihə təşkil olunub. Azərbaycan İqtisad Universiteti və Odlar Yurdu Universiteti tələbələrinin iştirakı ilə keçirilmiş tədbirin məqsədi tələbələri bank sistemi ilə yaxından tanış etmək olub.

"APA-Economics" xəbər verir ki, Rabitəbank-ın Baş ofisində keçirilən təlim məqsədli tədbirdə bankın İdarə Heyətinin 1-ci müavini Orhan Gültekin başda olmaqla, departament nümayəndələrinin təqdimatla çıxışları olub, departamentlərin gördükləri işlərlə bağlı real təcrübələrini bölüşüblər.

Konfransın nəticəsi olaraq bankın ekspertləri tərəfindən tələbələrə bankda iş fəaliyyəti və biznes prosesləri ilə tanış olmaq, həmçinin dəyərli əlaqələr qurmaq imkanı yaradılıb.

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR