"Rabitəbank"da 2 yeni təyinat olub

"Rabitəbank"da 2 yeni təyinat olub
# 07 oktyabr 2022 16:20 (UTC +04:00)

Əməkdaşlarının inkişafına hər zaman önəm verən, bu yöndə geniş şəkildə ixtisasartırma tədbirləri görən “Rabitəbank” ASC, 2 yeni əməkdaşının vəzifə artımı ilə bağlı məlumat paylaşıb.

Bankdan "APA-Economics"ə daxil olan məlumata görə, “Rabitəbank”ın Daxili Audit Departamentinin, Müştəri xidməti strukturlarının auditi şöbəsinin rəisi Samir Salmanlı bankın Daxili Audit departamentinin Direktor müavini vəzifəsinə təyin edilib.

Digər təyinat isə daha öncə bankın Biznes Mərkəzi filialında Filial müdiri vəzifəsində çalışan Mahaddin Muradov haqqındadır. M. Mahaddin "Rabitəbank"da bundan sonrakı fəaliyyətinə SME kreditləri şöbəsinin rəisi olaraq davam edəcək.

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR