"Rabitəbank"ın İdarə Heyətində dəyişiklik olub

Orhan Gültekin

© APA | Orhan Gültekin

# 24 yanvar 2022 18:28 (UTC +04:00)

"Rabitəbank" ASC-nin İdarə Heyətində dəyişiklik olub.

"APA-Economics"in əldə etdiyi məlumata görə, Orhan Gültekin "Rabitəbank"ın İdarə Heyəti sədrinin 1-ci müavini olaraq təyin olunub.

Qeyd edək ki, buna qədər Orhan Gültekin 6 mart 2018-ci il tarixindən "Rabitəbank"da İdarə Heyəti sədrinin müavini (satış üzrə) vəzifəsini icra edirdi.

Gültekin Orhan Rifat oğlu 06 may 1970-ci ildə Türkiyənin Bursa şəhərində anadan olub.

1987-1991-cı illərdə Türkiyənin Hacettepe Universitetində Menecment ixtisası üzrə bakalavr təhsili alıb.

Orhan Gültekin 1993-cü ildə "Garanti" bankda öz karyerasını auditor olaraq başlatmış, daha sonra 1997-2001-ci illərdə "Koçbank"da satış üzrə müxtəlif idarəedici vəzifələrdə,

2001-2012-ci illərdə "Yapı Kredi Bank – Türkiyə"də satış üzrə regional direktor və icraçı vitse-prezident vəzifələrində çalışıb.

2012-2015-ci illərdə "Yapı Kredi Bank – Azərbaycan"da baş direktor (satış üzrə) olaraq fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR