“Rabitəbank”ın törəmə şirkəti Bakı Fond Birjasının üzvlüyünə qəbul edilib

“Rabitəbank”ın törəmə şirkəti Bakı Fond Birjasının üzvlüyünə qəbul edilib
# 14 noyabr 2022 17:27 (UTC +04:00)

Bakı Fond Birjasının (BFB) Üzvlük Komissiyasının qərarlı ilə 11 noyabr 2022-ci il tarixindən etibarən "Capital Partners İnvestisiya şirkəti" QSC üzvlüyə qəbul edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Rabitəbank-dan məlumat verilib.

"Capital Partners İnvestisiya şirkəti" QSC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 22 iyun 2022-ci il tarixində verilmiş investisiya şirkəti fəaliyyəti üçün müddətsiz lisenziyaya malikdir.

“Capital Partners”in əsas fəaliyyət istiqaməti qiymətli kağızlar və yaxud törəmə maliyyə alətləri ilə bağlı müştəri sifarişlərinin qəbulu və icrası, fərdi investorların portfelinin idarə edilməsi, qiymətli kağızların yerləşdirilməsi, anderraytinqi və investisiya məsləhətlərinin verilməsi, mərkəzi depozitarın və fond birjasının üzvü qismində öz hesabına qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə əməliyyatlar aparılması və marja ticarətidir.

Məlumat üçün qeyd edək ki, “Capital Partners İnvestisiya Şirkəti” QSC, 2007-ci ildə yaranıb və “Rabitəbank” ASC-nin törəmə şirkətidir. Şirkətin nizamnamə kapitalı 400 000 manata çatdırılıb. Şirkətin direktoru isə İkram Səfərəliyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR