“Rabitəbank”ın xalis mənfəəti 10%-dən çox artıb - Hesabat

“Rabitəbank”ın xalis mənfəəti 10%-dən çox artıb - Hesabat
# 20 iyul 2022 14:43 (UTC +04:00)

“Rabitəbank” ASC 2022-ci ilin birinci yarımili üzrə maliyyə hesabatını açıqlayıb.

APA-Economics” xəbər verir ki, bu ilin ilk yarısında “Rabitəbank”ın faiz gəlirləri 31,580 milyon manat (2021-ci eyni dövrünə nisbətən 24,4% çox), faiz xərcləri 8,868 milyon manat (47,2% çox), xalis faiz gəlirləri isə 22,712 milyon manat (14,9% çox) təşkil edib.

Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 22,346 milyon manata (70,4% çox), qeyri-faiz xərcləri isə 34,760 milyon manata (66,3% çox) yüksəlib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 5,136 milyon manat ayırıb, mənfəət vergisi ödəməsi isə olmayıb.
Son nəticədə “Rabitəbank” bu ilin birinci yarısı üzrə 5,160 milyon manat xalis mənfəət əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 10,1% çoxdur. Qeyd edək ki, bank 2021-ci ilin eyni dövrü üzrə 4,685 milyon manat xalis mənfəət açıqlamışdı.

2022-ci ilin iyulun 1-nə bankın cəmi aktivləri 965,239 milyon manata çatıb, o cümlədən kredit portfeli isə 17,4% böyüyüb. Belə ki, müştərilərə verilmiş xalis kreditlər 556,448 milyon manata çatıb.

Hesabat dövründə bankın öhdəlikləri 860,614 milyon manata, o cümlədən depozit portfeli 645,147 milyon manata bərabər olub. “Rabitəbank”ın cəmi kapitalı isə 5,2% artaraq 104,624 milyon manata çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR