Regionlarda keçiriləcək toxum sərgi-satış yarmarkalarının tarixi açıqlanıb

Regionlarda keçiriləcək toxum sərgi-satış yarmarkalarının tarixi açıqlanıb
# 11 avqust 2022 14:32 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə respublikanın müxtəlif regionlarında ənənəvi olaraq toxum sərgi-satış yarmarkaları keçiriləcək.

Bu barədə "APA-Economics"ə qurumdan bildirilib. Məlumata görə, yarmarkalarda Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, AKİA, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak edəcək.

Sərgidə əsasən dənli, (arpa, buğda) həmçinin tərəvəz bitki sortları və toxumları nümayiş etdiriləcək. Sərgi çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat veriləcək və informasiya materialları təqdim olunacaq.

Qeyd edək ki, toxum sərgi yarmarkası respublikanın 8 müxtəlif bölgəsində aşağıdakı qrafik üzrə keçiriləcək:

18 avqust - Şəki

20 avqust - İsmayıllı

24 avqust - Quba

29 avqust – Ağcabədi

31 avqust - Sabirabad

02 sentyabr – Cəlilabad

08 sentyabr - Hacıqabul

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR