Rəqabət Məcəlləsinə əsasən qanunu pozanlara qarşı maliyyə sanksiyaları və cərimələr ciddiləşəcək.
“APA-Economics” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli bildirib.
“Maliyyə sanksiyalarının tətbiq edilməsinin məqsədi büdcəyə vəsait köçürmək deyil, o hərəkətin, davranışın təkar olunmaması üçün lazımdır. Qanunu pozan subyektə qarşı cərimə, onun qanunu pozması nəticəsində əldə etdiyi gəlirdən çox olmayacaqsa, o zaman bu hərəkət davam edəcək”, - deyə Məmməd Abbasbəyli əlavə edib.