Rəqəmsal manatın yaradılmasında xarici mərkəzi bankların tərcübəsindən istifadə olunur 

Rəqəmsal manatın yaradılmasında xarici mərkəzi bankların tərcübəsindən istifadə olunur 
# 16 iyun 2022 15:53 (UTC +04:00)

"Mərkəzi Banklar tərəfindən rəqəmsal valyutaların yaradılması ilə bağlı tədbirlər həyata keçirilir. Azərbaycan Mərkəzi Bankı olaraq bu kimi təşəbbüsləri yaxından izləyirik".

"APA-Economics" xəbər verir ki, bunu "Fintex Sammmit" Maliyyə və Texnologiya sərgisində çıxış edən Azərbaycan Mərkəzi Bankının milli ödənişlər sisteminin nəzarət və inkişaf bölməsinin baş mütəxəssisi Rəşad Qasımov deyib. Bildirib ki, hazırda həyata keçirilən bütün layihələr tərəfimizdən təhlil olunur. Rəqəmsal manatın yaradılmasında da bu təcrübələrdən istifadə olunur.

R. Qasımov bundan əlavə, əsas diqqət edilən məsələlərdən birinin təmassız ödənişləin artırılması və genişləndirilməsi olduğunu deyib.

"İstifadəçilərin bu kimi əməliyyatlara üstünlük verməsi təmassız ödənişlərin kütləvi olaraq artırılmasında yüksək dinamikanın müşahidə olunmasına səbəb olur. Bu istiqamətdə istər nəqliyyat, istər ictimai iaşələr bu kimi təşəbbüslərin həyata keçirilməsi prioritetlərimiz sırasındadır" - deyə o əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR