Rəşad Əhmədov: Son on gündə 20 min avtomobil onlayn qaydada sığortalanıb

Rəşad Əhmədov: Son on gündə 20 min avtomobil onlayn qaydada sığortalanıb
# 03 fevral 2023 16:36 (UTC +04:00)

Son on gün müddətində avtomobillərin icbari sığortası üzrə onlayn qaydada 20 mindən çox kiçik mühərrikli avtomobil sığortalanıb.

Bunu "APA-Economics"ə açıqlamasında İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov deyib. O bildirib ki, bura avtomobillərin icbari sığortasını həyata keçirən sığorta şirkətlərinin rəsmi səhifələri, həm də İcbari Sığorta Bürosunun elektron səhifəsi üzərində asan keçidlə əldə olunan onlayn sığortalar daxildir. Rəşad Əhmədov qeyd edib ki, yeni tələblərin qüvvəyə minməsindən sonra kiçik mühərrikli avtomobillərin sığortası ilə bağlı hər hansı bir şikayət daxil olmayıb.

Rəşad Əhmədov həmçinin əlavə edib ki, vətəndaşlar avtomobillərin icbari sığortasını Büronun mobil aplikasiyası üzərindən də asan keçidlə müxtəlif sığorta şirkətlərindən onlayn qaydada əldə edə biləcək. Hazırda bununla bağlı işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR