Rüfət Quliyev: Gözümlə görmüşəm ki, məhsulun üstündəki köhnə tarixi silirlər

Rüfət Quliyev, Milli Məclisin deputatı

© APA | Rüfət Quliyev, Milli Məclisin deputatı

# 01 dekabr 2022 13:28 (UTC +04:00)

“Supermarketlərdə vaxtı keçmiş məhsullar var. Gözümlə görmüşəm ki, məhsulun üstündəki köhnə tarixi silir, yenisini yazıb “peçat” vururlar”.

APA-Economics” xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev bildirib.

“Uşaq qidası ilə bağlı da problem var, qısa zamanda qarşısı alınmasa, bundan böyük problemlər yaranacaq”.

Deputat gömrüklə bağlı da təklif irəli sürüb: “Qaydaya əsasən, 1 təqvim ayı ərzində 300 dollar limiti keçməmək şərti ilə xaricdən mal gətirə bilərsiniz. Orada imkan varmı ki, “yol pulu” deyilən məbləğ həmin 300 dollara daxil edilməsin?”.

Deputat qeyd edib ki, supermarketlərdə piştaxtada olan qiymətlərlə kassada olan qiymələrdə arasında fərq 1 ay idi ki, yığışdırılmışdı: “Amma yenə şikayətlər gəlir. Yenə də piştaxtada malın üzərində olan qiymət kassada artıq hesablanır. Ona görə təklif edirəm ki, buna nəzarəti artırılsın. Nəzarət etməklə görmək olar ki, hansı supermarketdə hansı oyunlar gedir. Xahiş edirəm ki, problem yaradan məsələ olduğu üçün bununla ciddi məşğul olun”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR