Rüfət Quliyev: Şənbə və bazar günləri valyutadəyişmə məntəqələrinin işləməməsi düzgün deyil - VİDEO

Rüfət Quliyev, Milli Məclisin deputatı

© APA | Rüfət Quliyev, Milli Məclisin deputatı

# 29 noyabr 2022 16:28 (UTC +04:00)

“Şənbə və bazar günləri banklar işləmir. Ancaq şənbə və bazar günləri, o cümlədən bayram günləri banklarla bağlı olan valyutadəyişmə məntəqələrinin işləməməsi düzgün deyil, insanlar, turistlər valyutanı harada dəyişsinlər?”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, Azərbaycana gələn turistlərin sayı artıb, bu gün, sabah sərhədlər də açılacaq: “Biz turist ölkəsinə çevrilirik və turistlərin rahatlığı üçün bu addımlar atılmalıdır. Eyni zamanda qanunvericiliyə uyğun olaraq icazə və sənədlər əsasında valyutadəyişmə məntəqələrinin sayının artırılmasına ehtiyac var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR