Rusiya Mərkəzi Bankı dolların məzənnəsini artırıb

Rusiya Mərkəzi Bankı dolların məzənnəsini artırıb
# 11 may 2022 18:17 (UTC +04:00)

Rusiya Mərkəzi Bankı (RMB) mayın 12-nə dolların rəsmi məzənnəsini 68,8 rubla kimi artırıb.

"APA-Economics" RMB-yə istinadən xəbər verir ki, bu, əvvəlki göstəricidən 1,4 rubl çoxdur.

RMB avronun məzənnəsini isə 1,5 rubl artıraraq 72,6 rubl müəyyən edib.

Xatırladaq ki, Rusiya Mərkəzi Bankı 7 may 2022-ci il tarixinə dolların rəsmi məzənnəsini 67,3 rubl səviyyəsində, avronun rəsmi məzənnəsini isə 71,09 rubl müəyyən etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR