Rusiya Mərkəzi Bankı dolların rəsmi məzənnəsini endirib

Rusiya Mərkəzi Bankı dolların rəsmi məzənnəsini endirib
# 05 may 2022 18:25 (UTC +04:00)

Rusiya Mərkəzi Bankı (RMB) 6 may 2022-ci il tarixinə dolların rəsmi məzənnəsini 66,2378 rubl səviyyəsində müəyyən edib ki, bu da əvvəlki göstəricidən üç rubl 17,82 qəpik aşağıdır.

"APA-Economics" Banka istinadən xəbər verir ki, avronun rəsmi məzənnəsi isə iki rubl 71,53 qəpik azaldılaraq 70,0662 rubl müəyyən edilib. Moskva birjasının valyuta ticarətində dolların məzənnəsi 0,21% azalaraq 66,16 rubla, avronun məzənnəsi isə 69,8 rubl (-0,91%) səviyyəsində olub.

Bundan əlavə, Moskva birjasının indeksi 1,31% artaraq 2 404,25 bənd, RTS dolları indeksi isə 1 144,61 bənd (+2,74%) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR