Rusiya Mərkəzi Bankı faiz dərəcələrini aşağı salıb

Rusiya Mərkəzi Bankı faiz dərəcələrini aşağı salıb
# 26 may 2022 13:01 (UTC +04:00)

Rusiya Mərkəzi Bankı bu gün keçirilən növbədəkənar iclasda faiz dərəcələrini 11%-ə endirib. Mərkəzi Bank növbəti iclaslarında əsas faiz dərəcəsinin daha da aşağı salınmasının mümkünlüyünü də etiraf edib.

"APA-Economics" Rusiya KIV-nə istinadən xəbər verir ki, apreldə ölkədə illik inflyasiya 17,8%-ə çatıb, lakin mayın 20-nə olan hesablamalara görə, Rusiya Bankının aprel ayı proqnozundan daha sürətli azalaraq inflyasiya 17,5%-ə enib. Mərkəzi Bankın proqnozuna əsasən, illik inflyasiya 2023-cü ildə 5-7% , 2024-cü ildə isə 4%-ə qədər azalacaq.

Əksəriyyət 12%-ə qədər, bəzi analitiklər isə - 10-11%-ə qədər azalma proqnozlaşdırırdı. İqtisadçıların orta proqnozu illik 14%-dən 12%-ə kimi 200 baza bəndi azaldılmasını idi.

Bu, Mərkəzi Bankın son dörd ayda əsas məzənnə ilə bağlı üçüncü növbədənkənar iclasıdır. Əvvəlki iclaslar və qəbul edilən qərarlar bazar üçün sürpriz olsa da, Mərkəzi Bank may ayında keçiriləcək iclasını əvvəlcədən elan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR