Rusiya Mərkəzi Bankı fövqəladə iclas keçirəcək

Rusiya Mərkəzi Bankı fövqəladə iclas keçirəcək
# 25 may 2022 11:53 (UTC +04:00)

Rusiya Mərkəzi Bankı çərşənbə günü müəyyən edilən əsas faiz dərəcəsinin səviyyəsini nəzərdən keçirmək üçün cümə axşamı fövqəladə iclas keçirəcək.

"APA-Econimics" "Reuters"ə istinadən xəbər verir ki, iyunun 10-na təyin edilmiş növbəti məzənnə təyinetmə iclasını keçirən Mərkəzi Bank, fövqəladə iclasdan sonra cümə axşamı əsas məzənnə bəyanatını dərc edəcək.

Fevralın sonunda faiz dərəcəsini 20%-ə qaldıran Mərkəzi Bank faizi yenidən 14%-ə endirib.

Bank çərəşənbə günü bildirib ki, ev təsərrüfatları arasında inflyasiya gözləntiləri aprel-may ayları arasında 12,5%-dən 11,5%-ə düşüb. Bu, Rusiyanın ucuz kreditləşmə ilə daralan iqtisadiyyatını gücləndirmək üçün faiz dərəcəsini daha da azaltmağa səbəb verən amildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR