Rusiya Mərkəzi Bankı sədrinin səlahiyyətləri daha beş il uzadılıb

Rusiya Mərkəzi Bankı sədrinin səlahiyyətləri daha beş il uzadılıb
# 21 aprel 2022 14:45 (UTC +04:00)

Dövlət Duması Rusiya Bankının sədri Elvira Nabiullinanın səlahiyyətlərini daha beş il uzadıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, Nabiullina bu ilin iyunun 24-dən üçüncü müddətə Rusiya Mərkəzi Bankının sədri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Elvira Nabiullina 2013-cü ilin iyun ayından Rusiya Bankının sədri vəzifəsində çalışır. O, əvvəlcə bu vəzifəyə dörd il müddətinə təyin edilib. Lakin 2017-ci ildə Mərkəzi Bank haqqında qanuna dəyişiklik edildiyindən onun səlahiyyətləri beş il müddətinə uzadılıb.

Rusiya prezidenti Vladimir Putin martın 18-də Dövlət Dumasına Nabiullinanın yeni müddətə təyin edilməsini təklif edib.

“Mərkəzi Bank haqqında” qanuna görə, Rusiya Bankının sədri Dövlət Duması tərəfindən beş il müddətinə təyin edilir və eyni şəxs bu vəzifəni ardıcıl üç müddətdən artıq tuta bilməz. Təyin olunmaq üçün namizəd Rusiya Federasiyasının Prezidenti tərəfindən Mərkəzi Bankın hazırkı rəhbərinin səlahiyyətlərinin bitməsinə üç aydan gec olmayaraq təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR