Rusiyanın beynəlxalq ehtiyatları 4 mlrd. dollar azalıb

Rusiyanın beynəlxalq ehtiyatları 4 mlrd. dollar azalıb
# 28 aprel 2022 18:25 (UTC +04:00)

Rusiya Federasiyasının beynəlxalq ehtiyatları həftə ərzində 0,7% (və ya 4 milyard dollar) azalaraq aprelin 22-si tarixinə 607,1 milyard dollar təşkil edib.

APA-Economics” xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının hesabatında bildirilib.

15 aprel 2022-ci il tarixinə isə Rusiyanın beynəlxalq ehtiyatları 611,1 milyard dollar olmuşdu.

Qeyd edək ki, Rusiya Bankı və Rusiya Federasiyası hökuməti tərəfindən saxlanılan yüksək likvidli xarici aktivlər olan beynəlxalq ehtiyatlar xarici valyutalardan, xüsusi borclanma hüququndan, BVF-də ehtiyat mövqeyindən və qızıldan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR