Rusiyanın beynəlxalq ehtiyatları 8 mlrd. dollar azalıb

Rusiyanın beynəlxalq ehtiyatları 8 mlrd. dollar azalıb
# 29 sentyabr 2022 17:43 (UTC +04:00)

Rusiya Federasiyasının beynəlxalq ehtiyatları həftə ərzində 1,4% (və ya 8 mlrd. ABŞ dolları) azalaraq 23 sentyabr 2022-ci il tarixinə 549,7 mlrd. dollar təşkil edib.

Bu barədə “APA-Economics” Rusiya Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, 16 sentyabr 2022-ci il tarixinə Rusiyanın beynəlxalq ehtiyatları 557,7 mlrd. dollar təşkil edirdi.

Qeyd edək ki, Rusiya Bankı və Rusiya Federasiyası hökuməti tərəfindən saxlanılan yüksək likvidli xarici aktivlər olan beynəlxalq ehtiyatlar xarici valyutalardan, xüsusi borclanma hüququndan, BVF-də ehtiyat mövqeyindən və qızıldan ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR