Sahibkarlığın İnkişafı Fondunun əməliyyat gəlirləri 40% artıb

Sahibkarlığın İnkişafı Fondunun əməliyyat gəlirləri 40% artıb
# 29 aprel 2022 17:12 (UTC +04:00)

2021-ci ildə Sahibkarlığın İnkişafı Fondunun (SİF) əməliyyat gəlirləri 2020-ci illə müqayisədə 39,9% artaraq 14,1 mln. manat, ehtimal olunan kredit zərərlərinin azalması üzrə gəlirləri 10,4 mln. manat təşkil edib.

APA-Economics” xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatında bildirilir.
Qeyd olunur ki, əməliyyat və vergi xərcləri 6,9 mln. manat olmaqla, Fond 2021-ci ili 17,7 mln. manat mənfəətlə başa vurub.

31 dekabr 2021-ci il tarixinə Fondun cəmi aktivləri 842,1 mln. manat, öhdəlikləri 17 mln. manat və kapitalı 825,1 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR