Samir Şərifov QDTİB-in Xüsusi Toplantısında iştirak edir

Samir Şərifov QDTİB-in Xüsusi Toplantısında iştirak edir
# 03 mart 2023 11:22 (UTC +04:00)

Martın 3-də Yunanıstanın Saloniki şəhərində Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Rəhbərlər Şurasının 16-cı Xüsusi Toplantısı öz işinə başlayıb. Toplantıda maliyyə naziri, QDTİB-nin Azərbaycan üzrə rəhbəri Samir Şərifov iştirak edir.

"APA-Economics" xəbər verir ki, iclasın gündəliyinə üzv ölkələr tərəfindən bankın abunə kapitalının artırılması, bankın 2023-2026-cı illər üçün Ortamüddətli Strategiya və Biznes Planının 2023-2024-cü illəri əhatə edən 1-ci mərhələsinin təsdiqi daxildir.

Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq dövlətlərarası maliyyə kredit təşkilatıdır. Bank 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlər - Albaniya, Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya Federasiyası, Türkiyə, Yunanıstan və Ukrayna tərəfindən yaradılıb. Bankın baş ofisi Yunanıstanın Saloniki şəhərində yerləşir. QDTİB iqtisadi inkişafı və regional əməkdaşlığı dəstəkləyir, üzv ölkələrdə dövlət və özəl sektorlarda layihələr üçün kreditlərin verilməsi, kredit xətlərinin açılması, investisiyaların və zəmanətlərin verilməsində və ticarətin maliyyələşdirilməsində iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR