"Saxo Bank": Avro dolları əvəz edə bilməyəcək

"Saxo Bank": Avro dolları əvəz edə bilməyəcək
# 07 yanvar 2022 11:02 (UTC +04:00)

Avro beynəlxalq hesablaşmalarda əsas valyuta kimi ABŞ dollarını əvəz edə bilməyəcək.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə "Saxo Bank"ın investisiyalar üzrə direktoru Stin Yakobsen deyib.

Onun sözlərinə görə, bunun üçün əsas şərtlərin - Avropa iqtisadiyyatının dünya iqtisadiyyatı ilə müqayisədə daha sürətli artımı və Avropa Mərkəzi Bankının (AMB) kifayət qədər yüksək faiz dərəcəsi olmamasıdır.

Yakobsen qeyd edib ki, AMB mövcud inflyasiyanı hələ də müvəqqəti hesab edən yeganə requlyator olaraq qalır. O bildirib ki, avronun güclənməsi üçün Avropa iqtisadiyyatının dünya iqtisadiyyatı ilə müqayisədə daha sürətli artıma və ya cari əməliyyatlar hesabının profisitinə ehtiyacı var. Lakin hazırda sözügedən profisitin daralması müşahidə olunur.

Qeyd edək ki, SWIFT-in son məlumatına görə, noyabrda beynəlxalq hesablaşmaların 39,2%-i dollarda, 37,7%-i isə avroda aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR