Sədr: Cari ildə valyuta bazarında tarazlıq qorunub, 9 ayda manatın nominal kredit məzənnəsi 5% bahalaşıb

Sədr: Cari ildə valyuta bazarında tarazlıq qorunub, 9 ayda manatın nominal kredit məzənnəsi 5% bahalaşıb
# 03 noyabr 2022 12:37 (UTC +04:00)

“Cari ildə valyuta bazarında tarazlıq qorunub. 9 ayda manatın nominal kredit məzənnəsi 5% bahalaşıb”.

APA-Economics” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib.

T. Kazımovun sözlərinə görə, Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti və nəzarət tədbirləri maliyyə sektorunda stabil fəaliyyətə və ödənişlərin fasiləsizliyinə yönəldilib, bank sektorunun dayanıqlığı bütövlükdə diqqətdə saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR