Sənaye zonalarının qeyri-neft sektorunda payı 14,9%-ə çatıb

Sənaye zonalarının qeyri-neft sektorunda payı 14,9%-ə çatıb
# 08 avqust 2022 11:09 (UTC +04:00)

2022-ci ilin I yarısında 1,3 mlrd. manat məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14,9%, qeyri-neft sənaye məhsullarının ixracında isə 33,1% (543,9 mln. manat) olub.

"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

O bildirib ki, sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR