SİF tibb sahəsində 36 milyon manata yaxın güzəştli kredit verib

SİF tibb sahəsində 36 milyon manata yaxın güzəştli kredit verib
# 10 avqust 2022 11:03 (UTC +04:00)

Bugünədək Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən tibb sahəsinin inkişafına xidmət edən 82 layihənin maliyyələşdirilməsinə 35,6 mln. manat güzəştli kredit verilib.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında qeyd edib.

O əlavə edib ki, Lənkəran şəhərində fəaliyyət göstərən “Avicenna Medical Center” MMC tibb fəaliyyətinin genişləndirilməsi məqsədilə 2021-ci ildə Fonddan 190 min manat kredit əldə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR