Sığorta bazarı böyüməkdə davam edir - 3,8% artım

Sığorta bazarı böyüməkdə davam edir - 3,8% artım
# 22 aprel 2022 11:36 (UTC +04:00)

2022-ci ilin I rübündə Azərbaycanda 20 sığorta şirkəti vasitəsilə 258,425 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,8 % çoxdur.

Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə azalaraq isə 61,228 milyon manat təşkil edib.

Hesabat dövründə, sığorta bazarının zərərlilik göstəricisi 2,4 dəfə azalıb. Belə ki, 3 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 23,7 manatı (Ötən ilin eyni dövründə bu göstərici 58,4 manat) ödəniş edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR