Sığorta sahəsində müstəqil ekspertlərin reyestri aparılacaq

Sığorta sahəsində müstəqil ekspertlərin reyestri aparılacaq
# 09 iyun 2023 13:19 (UTC +04:00)

Müstəqil ekspertlərin reyestri aparılacaq.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sığorta fəaliyyəti haqqında” qanuna əlavə edilməsi təklif edilən yeni fəsil - 11-1. “Müstəqil ekspertlər” fəslində əksini tapıb.

Layihəyə əsasən, müstəqil ekspertlərin reyestri sahələr üzrə bu Qanuna uyğun olaraq aparılır.

Fiziki şəxs müstəqil ekspert sertifikatında göstərilən sahə (sahələr), hüquqi şəxs isə onun əmək müqaviləsi əsasında işlədiyi müstəqil ekspertlərin müstəqil ekspert sertifikatında göstərilən sahə (sahələr) üzrə müstəqil ekspertlərin reyestrinə daxil edilir.

Layihəyə əsasən, fiziki və hüquqi şəxslərin müvafiq hallarda müstəqil ekspertlərin reyestrindən çıxarılması da nəzərdə tutulur.

Bundan başqa, layihədə fiziki şəxslərin sığorta sahəsində müstəqil ekspert sertifikatı almaq üçün imtahan verməsi əksini tapıb.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR