Sığorta şirkətlərindən birinin "Yaşıl Kart"da iştirakı dayandırılıb

Sığorta şirkətlərindən birinin "Yaşıl Kart"da iştirakı dayandırılıb
# 05 oktyabr 2022 08:58 (UTC +04:00)

“Azsığorta" şirkətinin "Yaşıl Kart" Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ ləğv edilib.

Bu barədə "APA-Economics"ə İcbari Sığorta Bürosundan bildirilib. Bununla da, "Yaşıl Kart" Sistemi üzrə fəaliyyət hüququ olan şirkətlərin sayı 14-dən 13-ə enib.

Hazırda "Yaşıl Kart" Sistemi üzrə fəaliyyət göstərən sığorta şirkətləri bunlardır: "AtaSığorta", "Atəşgah", "Azərbaycan Sənaye Sığorta", "Azərsığorta", "A-Qroup Sığorta Şirkəti", "Bakı Sığorta", "Günay Sığorta", "İpək Yolu Sığorta", "Meqa Sığorta", "Naxçıvan sığorta", "Paşa Sığorta", "Qala Sığorta" və "Xalq Sığorta".

Xatırladaq ki, bundan əvvəl "Azsığorta" şirkətinin könüllü müraciəti əsasında avtomobillərin icbari sığortası üzrə lisenziyası ləğv edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR