Sığortaya yatırılan vəsaitlər 42 milyon manata yaxın artıb

Sığortaya yatırılan vəsaitlər 42 milyon manata yaxın artıb
# 05 iyul 2022 11:01 (UTC +04:00)

Azərbaycanda sığortaya yatırılan vəsaitlər 34% artıb.

APA-Economics” xəbər verir ki, bu ilin yanvar-may aylarında Azərbaycanda həyat sığorta şirkətləri vasitəsilə toplanılan həyatın yaşam sığortası üzrə yığımların həcmi 164,810 milyon manata çatıb. Başqa sözlə, ötən ilin eyni dövrünə nisbətən sığorta yatırımları 41,8 milyon manat artıb. Belə ki, 2021-ci ilin beş ayında həyat sığorta şirkətləri 122,966 milyon manat sığorta haqqı toplaya bilmişdi.

Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 93,3%-ə yüksəlib. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 90,1% təşkil etmişdi.

Bu ilin yanvar-may aylarında həyatın yaşam sığortası üzrə ödənişlər isə 57,4% azalaraq 49,286 milyon manata düşüb. 2021-ci ilin eyni dövründə bu sığorta növü üzrə ödənişlər 115,586 milyon manat təşkil etmişdi.

Ödənişlərin kəskin azalması həyatın yaşam sığortası üzrə əksər müqavilələrin qüvvədə olması ilə əlaqədardır. Belə ki, həyatın yaşam sığortası yığımlar adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR