Şirkətlər kiçik mühərrikli avtomobilləri sığortalamaqdan niyə çəkinir? - TƏHLİL

Şirkətlər kiçik mühərrikli avtomobilləri sığortalamaqdan niyə çəkinir? -  TƏHLİL
# 28 iyun 2022 09:58 (UTC +04:00)

Bu ilin yanvar-may ayları üzrə Azərbaycan avtomobil sığortası bazarının maliyyə göstəriciləri məlum olub.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının sığorta bazarı üzrə açıqladığı statistikaya əsasən xəbər verir ki, bu ilin ilk 5 ayında avtomobillərin icbari və könüllü sığortası, avtomobil sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası üzrə ümumilikdə 55,3 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə ilə müqayisədə 7,7% çoxdur. Bu dövrdə avtomobil sığortası üzrə ödənişlərin həcmi isə ötən ilin eyni dövrünə nisbətən 32,8% artaraq 43 milyon manata çatıb.

Avtomobil sığortası üzrə yığımların ümumi sığorta bazarında payı dəyişməyərək 12,9% təşkil edib. Sığorta ödənişləri üzrə bazar payı isə ötən ilin 5 ayı üzrə 15,6%-dən 33,4%-ə yüksəlib.

Avtomobillərin icbari sığortası bazarı 4,6% böyüyərək 39,3 milyon manata çatıb. Bu sığorta növü üzrə ödənişlər isə yığımlara nisbətən kəskin artıb. Belə ki, ötən 5 ayda avtomobillərin icbari sığortası üzrə ödənişlər 35,9 milyon manata çatıb. Bu isə ötən ilin eyni dövrünə nisbətən 37,9% və ya 9,8 milyon manat çoxdur. Avtomobil sığortasının ümumi sığorta ödənişlərində payının artması da elə bu növ üzrə ödənişlərin kəskin artması ilə bağlıdır.

2022-ci ilin yanvar-may aylarında Azərbaycanda avtomobillərin könüllü sığortası (KASKO) üzrə yığımlar 15,4 milyon manat (17,8% çox), sığorta ödənişləri isə 7,05 milyon manat (13,4% çox ) təşkil edib. Yəni, KASKO sığorta bazarı da avtomobil kreditləri ilə bağlı şərtlərin ağır olmasına rəğmən böyüməkdə davam edib.

Avtomobil sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası üzrə isə yığımlar 464,2 min manat, ödənişlər cəmi 37,1 min manat olub. Müvafiq olaraq bu növ üzrə 19,2% və 65,5% azalma müşahidə edilib.

Qeyd edək ki, avtomobil sığortası üzrə zərərlilik göstəricisi artıb. Belə ki, 2021-ci ilin ilk beş ayında toplanan hər 100 manatdan 63 manatı sığorta ödənişinə yönəldilibsə, bu ilin eyni dövründə bu rəqəm 78 manata yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR