SOCAR istiqrazlarının növbəti kupon ödənişi olacaq

SOCAR istiqrazlarının növbəti kupon ödənişi olacaq
# 26 aprel 2022 11:41 (UTC +04:00)

Beş illik müddətə buraxılan və faizləri üçaylıq qrafiklər əsasında ödənilən SOCAR istiqrazlarının növbəti (ikinci) kupon ödənişi may ayının ilk iş günü – 4 may tarixində baş tutacaq.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, SOCAR istiqrazlarının 2-ci faiz ödənişi nəticəsində 1,125 mln. dollar vəsait istiqraz sahiblərinin hesablarına köçürüləcək.

“Bununla da, investorların ümumi qazancı 2,25 mln. dollara yüksəlmiş olacaq”, - məlumatda deyilir.

Qeyd olunur ki, qarşıda daha 18 kupon ödənişi və 20,25 mln. dollar məbləğində gəlir istiqraz sahiblərini gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR