Soltan Məmmədov: “Dövlət proqramlarına xüsusi həssaslıqla yanaşılmalıdır”

Soltan Məmmədov

© APA | Soltan Məmmədov

# 26 aprel 2022 12:59 (UTC +04:00)

Hesabatda təqdim olunan faktlar və təhlillər əsasında bu qənaətə gəlmək olar ki, Hesablama Palatası müxtəlif sahələrdə vəsaitlərin qanunauyğun xərclənməsinə, izafi xərclərin qarşısının maksimum dərəcədə alınmasına xüsusi diqqət yetirir”.

APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov deyib.

Deputat bildirib ki, hesabatda göstərilir ki, 6 nəzarət tədbirində ayrı-ayrı dövlət proqramları ilə Kənar Dövlət Maliyyə Nəzarəti obyekti tərəfindən həyata keçirilməli tədbirlərin icra vəziyyəti araşdırılıb: “1 dövlət proqramının və 1 layihənin səmərəlilik auditi keçirilib, dövlət proqramlarının maliyyə tutumu ilə bağlı məlumatlar təhlil olunub. Qeyd olunub ki, 3 nəzarət tədbirində qrantların təyinatı üzrə istifadəsi audit edilib. Hesablama Palatasının dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin tam icra olunmaması, dövlət proqramında gözlənilən nəticənin əldə olunmaması, istifadəyə verilmiş güclərin real tələbata adekvat olmaması ilə bağlı qeydləri tamamilə əsaslıdır. Mən ötən il “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı da Hesablama Palatasının rəyində əksini tapmış tövsiyələrin nəzərə alınmasının zəruriliyini qeyd etmişdim. Dövlət proqramlarının gözlənilən nəticələri və effektivlik göstəricilərinin mümkün qədər daha dəqiq hesablanması olduqca vacibdir. Fikrimcə, dövlət proqramlarının hazırlanması zamanı bu məqamın nəzərə alınması və icra prosesinə nəzarətin gücləndirilməsi ilə bağlı çağırışlara xüsusi həssaslıqla yanaşılmalıdır. Bura dövlət proqramlarında müəyyən edilən hədəflərin illər üzrə göstərilməsi, onların icrasına dair hesabatlarda dövrilik məsələsinə xüsusi diqqət yetirilməsi də daxildir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR