Son bir ayda ödəniş kartlarının sayı 323 min ədəd artıb

Son bir ayda ödəniş kartlarının sayı 323 min ədəd artıb
# 26 sentyabr 2023 09:55 (UTC +04:00)

Bu ilin sentyabr ayının 1-nə banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 323 min ədəd artaraq 15 milyon 669 min ədəd təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20.2% artıb.

Qeyd edək ki, ödəniş kartlarında artım debet kartları üzrə 20%, kredit kartları üzrə 21.4% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 65 min, kredit kartları 362 min, digər kartlar isə 2.1 mln. ədəd artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR