Sosial və işsizlikdən sığorta daxilolmaları 18 %-ə yaxın artıb

Sosial və işsizlikdən sığorta daxilolmaları 18 %-ə yaxın artıb
# 12 avqust 2022 11:26 (UTC +04:00)

2022-ci ilin yanvar-iyul aylarında muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 609 milyon 464,5 min manat təşkil edib.

Bu barədə "APA-Economics"ə Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6 faiz və ya 391 milyon 262,7 min manat artıb, proqnoz 44 milyon 238,1 min manat artıq icra edilib.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 18,8 faiz artaraq 1 milyard 647 milyon 115 min manat təşkil edib, proqnoz 101,6 faiz icra olunub. İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 90.9 milyon manat olub, proqnoz 104,9 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 19,5 faiz artaraq 66,1 milyon manat təşkil edib, proqnoz 103,4 faiz icra olunub.

İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 40,5 faiz artaraq 458,6 milyon manat olub, proqnoz 103,3 faiz yerinə yetirilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 52,8 faiz artaraq 311,6 milyon manat təşkil edib, proqnoz 101,8 faiz icra olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR