S&P: Azərbaycanda iqtisadi riskin azaldılması dövrü xarakter daşıyır

S&P: Azərbaycanda iqtisadi riskin azaldılması dövrü xarakter daşıyır
# 17 noyabr 2022 11:15 (UTC +04:00)

Əlverişli neft qiymətləri Azərbaycanda iqtisadi fəallığı və biznes dinamizmini dəstəkləyir.

"APA-Economics" xəbər verir ki, bu barədə "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin araşdırmasında bildirilib.

"Neft və qaz Azərbaycanın ixracının təxminən 90%-ni, ÜDM-nin isə 50%-ni təşkil edir. Neftin hazırkı qiymətləri Azərbaycanın iqtisadi, fiskal və tədiyyə balansı göstəricilərinə müsbət təsir edəcək. Bank sektoru son illərdə gözlənildiyindən daha çox makroiqtisadi problemlərə, xüsusilə kredit xərcləri və aktivlərin keyfiyyət göstəricilərinə qarşı dayanıqlı olub. Buna baxmayaraq, biz hesab edirik ki, Azərbaycanda iqtisadi riskin azaldılması struktur deyil, tsiklik xarakter daşıyır, əlverişli əmtəə qiymətləri və daha yaxşı biznes dinamizmi ilə dəstəklənir"- araşdırmada qeyd edilib.

Həmçinin qeyd edilib ki, 2021-ci ildə 5,6%-lik artımdan sonra 2022-ci il üçün iqtisadi artımı 4% proqnozlaşdırılıb: "Bu da əsasən qaz hasilatının artımını, OPEC+ razılaşması çərçivəsində hasilatın tədricən artırılmasını və qeyri-neft sektorunun bərpasını özündə əks etdirir. 2023-2025-ci illər ərzində biz artımın orta hesabla 1,5% olacağını gözləyirik, çünki qaz hasilatının artması neft sektorunun zəifləməsini qismən kompensasiya edir".

"Digər ölkələr kimi, Azərbaycanda da artan inflyasiya və qiymət təzyiqləri pandemiya sonrası yenidən açılma, ərzaq qiymətləri inflyasiyası və daxili enerji də daxil olmaqla bəzi inzibati qiymət artımları ilə bağlıdır. 2022-ci ildə inflyasiyanın orta hesabla 13,5% olacağını proqnozlaşdırırıq"- "S&P" vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR