S&P Azərbaycanın bank sektoru üzrə risk qiymətləndirməsini yaxşılaşdırıb

S&P Azərbaycanın bank sektoru üzrə risk qiymətləndirməsini yaxşılaşdırıb
# 27 fevral 2023 10:09 (UTC +04:00)

"S&P Global Ratings" Beynəlxalq Reytinq Agentliyi 2023-cü ilin birincü rübü üzrə Azərbaycanın bank sektoru üzrə risk qiymətləndirməsini yaxşılaşdırıb.

"APA-Economics" xəbər verir ki, bu barədə Agentliyin bank sektoru üzrə risk qiymətləndirməsində bildirilib. Belə ki, "S&P" ölkənin bank sektoru üzrə iqtisadi risk balını 9 baldan 8 bala endirib.

"S&P Global Ratings" qeyd edib ki, Azərbaycanın bank sektoru son illər makroiqtisadi çətinliklərə daha yaxşı dözümlülük nümayiş etdirib və sistemdəki kredit xərcləri və problemli kreditlərin (NPL) səviyyəsi agentliyin əvvəlki gözləntilərindən xeyli aşağı olub.

"Biz inanırıq ki, iqtisadi yavaşlama və neft qiymətlərinin aşağı düşməsini fonunda Azərbaycan bank sektoru çətin 2020-ci ili uğurla adlayıb. Bankların aktivlərinin keyfiyyət göstəriciləri tarixən aşağı kredit borcları və kredit xərcləri səviyyəsinə qədər davamlı yaxşılaşma nümayiş etdirir. İqtisadi tənəzzülün və neft qiymətlərinin aşağı düşməsinin təsiri, əsasən, iqtisadiyyatın daha sürətli bərpası və borcalanlara təsir edən iqtisadiyyata geniş spektrli dövlət dəstəyi tədbirləri sayəsində gözlədiyimizdən daha yumşaq olub. Biz hesab edirik ki, Azərbaycanda iqtisadi riskin yumşaldılması struktur riskindən daha çox tsiklik xarakter daşıyır və əsasən əlverişli əmtəə qiymətləri və daha yaxşı biznes dinamizmi ilə dəstəklənir"- “Standard and Poor's”in açıqlamasında bildirilib.

Qeyd edək ki, Agenliyin bank sənayesi ölkə riskinin qiymətləndirilməsi (BICRA) üzrə 1 bal ən az, 10 bal isə ən yüksək risk olaraq müəyyən edilib.

Xatırladaq ki, Avropa, Yaxın Şərq və Afrika ölkələri (EMEA) arasında Azərbaycan Ermənistan və Özbəkistandan aşağıda, Qazaxıstan, Türkiyə, Misir, Belarus və Ukraynadan öndə yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR