“Standard Insurance”nin əmlakları satışa çıxarılıb

“Standard Insurance”nin əmlakları satışa çıxarılıb
# 20 may 2022 09:23 (UTC +04:00)

Mayın 27-də ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin əmlaklarının satışı ilə bağlı “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən hərrac keçiriləcək.

Bu barədə "APA-Economics"ə şirkətin ləğvetmə komissiyasından bildirilib. Məlumata görə, “Standard Insurance”yə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil yenidən satışa çıxarılır. Əmlakların təkrar hərrac qiyməti 875 min manat müəyyən edilib. Qeyd edək ki, ilk hərracda əmlaklar 2 milyon manata təklif edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR