SWIFT-də ən çox istifadə olunan valyutalar açıqlanıb - TOP-5

SWIFT-də ən çox istifadə olunan valyutalar açıqlanıb - TOP-5
# 25 yanvar 2022 15:20 (UTC +04:00)

SWIFT (Dünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) çərçivəsində ödənişlər və digər tranzaksiyalar üçün ən çox istifadə olunan valyutalar açıqlanıb.

"APA-Economics"in xarici mətbuata istinadən verdiyi məlumata görə, ötən ilin dekabr ayında Çin yuanı 2015-ci ilin avqust ayından bəri ilk dəfə siyahıda dördüncü pilləyə yüksəlib. Çinin milli valyutasının ümumi əməliyyatlardakı payı 2,7%-dək artıb.

Ən çox istifadə olunun valyuta – ABŞ dolları – qlobal dövriyyənin 40,5%-ni, ikinci pillədə olan avronun payı isə 36,7%-ə bərabər olub. Britaniya funt sterlinqi 5,9% ilə üçüncü yerdə qərarlaşıb. İlk beşliyi 2,6% ilə Yapon yenası tamamlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR