Taleh Kazımov AMB-nin əsas fəaliyyət planlarını açıqlayıb

Taleh Kazımov AMB-nin əsas fəaliyyət planlarını açıqlayıb
# 29 aprel 2022 15:35 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) yeni sədri Taleh Kazımov əsas fəaliyyət planlarını açıqlayıb.

"APA-Economics"in məlumatına görə, Taleh Kazımov bildirib ki, AMB ilk növbədə qiymətlərin sabitliyi baxımından qısa və orta müddətdə pul bazarının inkişafına fokuslanıb. Bundan əlavə, maliyyə sektoruna yeni maliyyə alətlərinin təklif edilməsi müzakirə edilir: "Əsas istəyimiz manatın gəlirlilik əyriliyinin daha effektiv işlənməsinin təmin edilməsi, bunun nəticəsində də faizlərin iqtisadiyyata transmissiyasının artırılmasıdır".

AMB sədri qeyd edib ki, maliyyə sektorunun nəzarət və sabitliyinin təmin edilməsi, ödəniş sistemlərinin təhlükəsiz, effektiv inkişafı əsas hədəflərdən biridir. O, həmçinin bank, sığorta və qiymətli kağızlar sektoru üzrə hazırda yeni qanun bazasının üzərində işlər aparıldığını əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR