Taleh Kazımov AYİB prezidenti ilə görüşüb

Taleh Kazımov AYİB prezidenti ilə görüşüb
# 13 sentyabr 2022 11:34 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odil Reno-Basso ilə görüş keçirib.

"APA-Economics" xəbər verir ki, Taleh Kazımov bu barədə özünün "Twitter" hesabında bildirib.

“Bu gün AYİB prezidenti xanım Odil Reno-Bassonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Mərkəzi Bank ilə AYİB arasında mövcud əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi imkanları və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi apardıq”, - paylaşımda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR