Taleh Kazımov bank rəhbərləri ilə görüşüb

Taleh Kazımov bank rəhbərləri ilə görüşüb
# 23 fevral 2023 10:16 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkədə fəaliyyət göstərən bankların rəhbərlərilə görüşərək son makroiqtisadi meyillər və proqnozları müzakirə edib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, görüşdə həmçinin 2022-ci il üzrə bank sektorunun yekunlarına dair təqdimatlar keçirilib. "Təqdimatlar zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya,faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, eyni zamanda bank sektoru üzrə 2022-ci ilin nəticələri, son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər müzakirə edilib" - AMB-dən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR