Taleh Kazımov: “Manatın məzənnəsi sabit qalacaq”

Taleh Kazımov: “Manatın məzənnəsi sabit qalacaq”
# 29 aprel 2022 13:36 (UTC +04:00)

“Manatın məzənnəsinin sabit saxlanılması davam edəcək”.

APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının yeni sədri Taleh Kazımov mətbuat konfransında deyib.

“Geosiyasi və geoiqtisadi şəraiti, hal-hazırda tədiyyə balansının cari əməliyyat hesabının profisitini, ümumiyyətlə fiskal büdcənin profisitini, infilyasiyanın artışını nəzərə alsaq, Mərkəzi Bankın mövqeyi sabit məzənnə rejimində davam etməkdədir”- deyə, T.Kazımov əlavə edib.

O bildirib ki, üzən məzənnə daha fundamental yanaşma tələb edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR