Taleh Kazımov: Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb

Taleh Kazımov: Ölkədaxili nağdsız əməliyyatların həcmi 20 milyard manata çatıb
# 24 noyabr 2022 10:02 (UTC +04:00)

Azərbaycanda bankların 84%-nin mobil əlavəsi var. Bankların cari hesabları üzrə ödənişlərin 77%-i elektron bankçılıq vasitəsilə həyata keçirilib.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O bildirib ki, internet bankçılıq vasitəsilə ödənişlərin həcmi ötən ilin eyni dövrünə nisbətən bu ilin on ayında 55%, mobil əlavələr vasitəsilə aparılan ödəmələr 3 dəfə artıb.

"Ölkədaxili kart əməliyyatlarının nağdsız hissəsi 42%-i keçib. Bu isə bir ildə 12% artım deməkdir. Ölkədaxili nağdsız əməliyyatların həcmi isə 2,3 dəfə artaraq 20 milyard manat civarına çatıb" - deyə AMB sədri əlavə edib .

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR