Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüşüb

Taleh Kazımov sığorta şirkətlərinin rəhbərləri ilə görüşüb
# 25 fevral 2023 12:18 (UTC +04:00)

Azərbaycan Mərkəzi Bankında (AMB) sığorta şirkətlərinin rəhbərləri ilə son qlobal iqtisadi meyillərin maliyyə sektoruna təsirləri müzakirə edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, görüşdə son makroiqtisadi meyillər və proqnozlara dair təqdimat keçirilib. Təqdimat zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya, faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, valyuta bazarı, eyni zamanda son qlobal iqtisadi meyillərin maliyyə sektoruna təsirləri və digər aktual məsələlər müzakirə edilib. Bundan əlavə, görüşdə sektorun inkişaf məsələləri, qarşıda duran başlıca strateji vəzifələr, həmçinin sığorta sahəsində istehlakçıların hüquqlarının qorunması vəziyyəti, onun gücləndirilməsi istiqamətləri barədə müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR