“TBC Kredit” bir milyon manatlıq borca girir

“TBC Kredit” bir milyon manatlıq borca girir
# 02 iyun 2022 17:49 (UTC +04:00)

“TBC Kredit” BOKT MMC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib. Bu barədə "APA-Economics"ə Bakı Fond Birjasından (BFB) bildirilib.

Məlumata görə, 7 iyun 2022-ci il tarixində “TBC Kredit” BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi BFB-nin birqiymətli hərrac üsulu ilə həyata keçiriləcək.

Qeyd edək ki, nominal dəyəri min manat olan faizli təmin edilməmiş sənədsiz adlı istiqrazların sayı min, illik faiz dərəcəsi 12%, tədavül müddəti isə 2 ildir. Kupon faizlərinin ödəniş müddəti hər 6 aydan bir nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR