Ticarət naziri: "İyunda Türkiyə ixracatında yeni rekord qeydə alınıb"

Mehmet Muş

© APA | Mehmet Muş

# 02 iyul 2022 14:29 (UTC +04:00)

Bu ilin iyun ayında Türkiyə ixracının həcmi 23,4 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni ayına nisbətən 18,5% çoxdur.

APA-Economics” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş Şərqi Anadolu İxracatçılar Birliyinin (DAİB) şənbə günü Ərzurumda keçirilən tədbirində deyib.

Onun sözlərinə görə, iyunda ixracın həcmi Türkiyə tarixində xaricə çatdırılmaların ən yüksək aylıq göstəricisi olub.

“2021-ci ildən davam edən ixracın artım tendensiyası bu il də davam edir ki, bu da məmnunluq doğurmaya bilməz”, - deyə nazir bildirib.

Mehmet Muş qeyd edib ki, ümumilikdə ilin birinci yarısında Türkiyə ixracının həcmi 126 mlrd. dollar təşkil edib.

İyun ayında Türkiyə idxalının həcmi də 40% artaraq 31,6 mlrd. dollara çatıb ki, bunun da 8,1 mlrd. dolları enerji alışının payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR