“Tinkoff” MDB-nin üç ölkəsindən başqa SWIFT köçürmələrini məhdudlaşdıracaq

“Tinkoff” MDB-nin üç ölkəsindən başqa SWIFT köçürmələrini məhdudlaşdıracaq
# 23 sentyabr 2022 09:58 (UTC +04:00)

Oktyabrın 12-dən “Tinkoff” MDB-nin üç ölkəsindən - Azərbaycan, Özbəkistan və Ermənistandan başqa dollar və avro ilə daxil olan SWIFT köçürmələrini məhdudlaşdıracaq.

APA-Economics” “Tinkoff”a istinadən xəbər verir ki, qeyd olunan tarixdən SWIFT köçürməsini həyata keçirərkən “Tinkoff” hesabının rekvizitləri ilə yanaşı, göndərənə müxbir bankın rekvizitləri də lazım olacaq.

Bankın müştəriləri Azərbaycanın bütün maliyyə təşkilatlarından SWIFT köçürmələrini ala biləcəklər. Digər ölkələrdən köçürmələr hesaba alınmayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR