TMB valyuta müdaxilələri çərçivəsində 1,4 mlrd. dollar satıb

TMB valyuta müdaxilələri çərçivəsində 1,4 mlrd. dollar satıb
# 24 dekabr 2021 14:39 (UTC +04:00)

Türkiyə Mərkəzi Bankı (TMB) lirənin məzənnəsi yüksəldilməsinə yönəlik səyləri çərçivəsində bazara son iki birbaşa müdaxiləsi zamanı 1,35 mlrd. ABŞ dolları çıxarıb.

"APA-Economics"in TMB-yə istinadən verdiyi məlumata görə, ümumilikdə, dekabr ayında bank beş valyuta müdaxiləsi həyata keçirib və ilk iki müdaxilə dekabrın 1-i və 3-ü olub. Sözügedən valyuta satışlarında TMB müvafiq olaraq 844 mln. dollar və 504 mln. dollar satıb.

Qeyd edək ki, bu müdaxilələr bankın son 7 il ərzində ilk dəfə qeydə olunan rəsmi ehtiyatlarından dollar satışı idi.

Xatırladaq ki, dekabrın əvvəlində lirənin dollara qarşı məzənnəsi iki dəfədən çox azalmışdı və 1 dollar/18 lirə səviyyəsinə qədər enmişdi. Lakin dekabrın 21-i Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın zəifləmiş milli valyutanın əhalinin üzərindəki yükünü yüngülləşdirəcək və dollarlaşmanı azaldacaq bir sıra addımları atılacağı açıqlamasından sonra Türkiyə lirəsi ABŞ dollarına qarşı 20% möhkəmlənib.

Hazırda TMB-nin məzənnəsinə görə, 1 dollar 11,4714 lirəyə ticarət olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR