TuranBank-ın EBRD ilə həyata keçirdiyi layihələr uğurla başa çatıb - FOTO

TuranBank-ın EBRD ilə həyata keçirdiyi layihələr uğurla başa çatıb  - FOTO
# 08 sentyabr 2022 15:51 (UTC +04:00)

TuranBank ASC ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) arasında “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində həyata keçirilən layihələr uğurla tamamlanıb. Adıçəkilən layihə Avropa Birliyi EU4Business Initiative Fondu, Türkiyənin Xəzinə və Maliyyə Nazirliyinin dəstəyilə həyata keçirilib.

7 sentyabr tarixində Four Seasons oteldə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən bu layihələrin yekunlarına həsr olunan bağlanış tədbiri keçirilmişdir. Tədbirdə Azərbaycanın maliyyə institutlarının potensialının artırılmasına dəstək proqramının uğurla başa çatması qeyd olunaraq layihədə aktiv iştirak edən əməkdaşlarımıza sertifikatlar təqdim olunmuş və xatirə fotosu çəkilib.

Məlumat üçün bildirək ki, adıçəkilən texniki yardım layihəsi çərçivəsində TuranBank Risk, Komplayns və MKOS subyektlərinin maliyyələşdirilməsi potensialının artırılması modulları üzrə əməkdaşlıq etmişdir. Risk, Komplayns modulu çərçivəsində həyata keçirilən layihə Bankda risk nəzarət tədbirlərinin effektiv idarə edilməsi, komplayns prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması, təşkilati strukturun təkmilləşdirilməsi istiqamətlərini əhatə etmişdir. Layihə nüfuzlu beynəlxalq konsultasiya şirkəti olan TA Consult Partners tərəfindən uğurla icra edilmişdir. MKOS subyektlərinin maliyyələşdirilməsi potensialının artırılması istiqamətini əhatə edən modulun əsas məqsədi isə TuranBank-ın kreditləşmə potensialının gücləndirilməsi, təşkilati strukturun təkmilləşdirilməsi, mikro, kiçik və orta biznes subyektlərinin maliyyələşdirilməsi üzrə marketinq strategiyasının hazırlanmasından ibarət olmuşdur. Qeyd edilən layihə isə nüfuzlu Biznes və Maliyyə Məsləhət (Business & Finance Consulting GMBH BFC) konsultasiya şirkəti tərəfindən uğurla icra edilib.

Xarici maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən Bankımız bundan sonra da potensial biznes layihələri üzrə həm Avropa Yenidənqurma və İnkişaf Bankı, həm də digər maliyyə qurumları ilə əməkdaşlığı davam etdirəcək.

Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək, TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Facebook, İnstagram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank

Bizimlə etibarlıdır...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR