“TuranBank” ötən ilin IV rübünü 1,9 milyon manat xalis mənfəətlə başa vurub

“TuranBank” ötən ilin IV rübünü 1,9 milyon manat xalis mənfəətlə başa vurub
# 24 yanvar 2023 18:44 (UTC +04:00)

“TuranBank” ASC 2022-ci ilin yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.

"APA-Economics" banın yaydığı məlumata istinadən xəbər verir ki, real sektorun dəstəklənməsi istiqamətində aktiv fəaliyyətini davam etdirən bank ötən ilin sonunu 1,9 mln. manat xalis mənfəətlə başa vurub.

2022-ci ilin yekunlarına görə, “TuranBank” ASC-nin cəmi aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 14,8% və ya 105,9 mln. manat artaraq 820,8 mln. manat, o cümlədən müştərilərə verilmiş kreditlər 25,7% və ya 112,1 mln. manat artaraq 548,5 mln. manat təşkil edib.

Daim etibarlılıq prinsiplərinə sadiq qalan “TuranBank”ın depozitlərinin həcmində də artım müşahidə olunub. Belə ki, 2022-ci ilin sonuna cəmi depozit portfeli keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% və ya 11,8 mln. manat artaraq 429,3 mln. manat, fiziki şəxslərin depozitləri isə 27,3% və ya 70,3 mln. manat artaraq 327,9 mln. manat təşkil edib. Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir.

2022-ci il IV rübü ərzində Bank real sektorun dəstəklənməsi istiqamətində də Beynəlxalq maliyyə institutları ilə aktiv fəaliyyətini davam etdirib. Belə ki, “TuranBank” ilə nüfuzlu maliyyə qurumu “Incofin” İnvestisiya Fondu arasında Mikro, Kiçik və Orta sahibkarlığın (MKOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə 5 mln. dollar həcmində kredit sazişi imzalanıb.

Məlumat üçün bildirək ki, 2022-ci il ərzində “TuranBank” institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirib. Bank Qara Dəniz Ticarət və İnkişaf Bankı (BSTDB), Beynəlxalq Maliyyə Korporasiyası (İFC), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), EMF Mikromaliyyə Fondu, ECO Ticarət və İnkişaf Bankı (ECO TDB), Sparkassenstiftung və s. kimi nüfuzlu maliyyə təşkilatları ilə Kiçik və Orta sahibkarlıq layihələri üzrə birgə əməkdaşlıq edərək qeyri-neft sektorunun davamlı inkişafına ciddi dəstək olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR